AZ

Ronaldo 904-cü qolu atasına həsr etdi

Asiya Çempionlar Liqasında əsas mərhələnin 2-ci turunun oyunları keçirilir.

Kriştiano Ronaldonun şərəfini qoruduğu ''Əl-Nəsr'' bu turnirdə ilk qələbəsini qazanıb. İlk turda səfərdə Ronaldonun oynamadığı matçda ''Əl-Şorta'' ilə 1:1 bərabərə qalan ''Əl-Nəsr'' bu dəfə öz meydanında Qətər təmsilçisi ''Əl-Rayyan'' ilə qarşılaşıb. Ər-Riyad təmsilçisi Mane və Kriştianonun qolları ilə 2:1 hesablı qələbə qazanıb. 39 yaşlı portuqaliyalı superulduz bu mövsüm ''Əl-Nəsr''in heyətində keçirdiyi 8 rəsmi oyunun yalnız 1-də meydanı qolsuz tərk edib. Peşəkar karyerasının 904-cü qolunu vuran Ronaldo bu qolu atasına həsr etdiyini açıqlayıb. Çünki atası yaşasaydı, oyun günü, yəni sentyabrın 30-da 71 yaşını qeyd edəcəkdi.

Ronaldonun atası Joze Diniş Aveyro 2005-ci ilin sentyabrın 7-də 52 yaşında dünyasını dəyişib.

ƏLİ

Seçilən
10
football-plus.az

1Mənbələr