AZ

Aşıq Ələsgərin abidəsinin Bakının mərkəzində ucaldılması tarixi və mənəvi hadisədir - Azər Qarayev

Bakı. Trend:

Azərbaycan xalqı üçün Aşıq Ələsgərin abidəsinin Bakınınmərkəzində ucaldılması tarixi və mənəvi bir hadisədir. Bu abidəyalnız böyük bir aşığın yaradıcılığına verilən dəyəri deyil, eynizamanda, Qərbi Azərbaycanın görkəmli şəxsiyyətlərinin Azərbaycanxalqının yaddaşında yaşadığının bariz nümunəsidir. Aşıq Ələsgərinhəyatı və fəaliyyəti, onun Vətənə bağlılığı, çətinliklərəbaxmayaraq, doğma torpağına qayıtmaq istəyi xalqımızın əyilməzruhunun əksidir.

Bunu Trend-ə açıqlamasındapolitoloq Azər Qarayev bildirib.

A.Qarayev qeyd edib ki, Qərbi Azərbaycandan olan vətəndaşlarındədə-baba torpaqlarına qayıdacağı gün gələcək.

"Qarabağın azad edilməsi və suverenliyimizin tam bərpası,Prezidentimizin və xalqımızın öz iradəsi və Ordumuzun qəhrəmanlığısayəsində mümkün oldu.

"Bu iradə və birlik bizə inam verir ki, bir gün Aşıq ƏləsgərinAğkilsə kəndindəki abidəsi də bərpa ediləcək və bu tarixi ədalətənail olacağıq.

Bu günlərdə Qarabağda, Şərqi Zəngəzurda qurulan yeni həyatıntimsalında Azərbaycan xalqının əzmini, birliyini və qətiyyətinigörürük. Hər bir Azərbaycan vətəndaşı üçün bu abidə keçmişinyaddaşını, indinin mübarizəsini və gələcəyin ümidini təcəssümetdirir. Aşıq Ələsgərin ruhu bu gün də bizimlədir və biz onuntimsalında Azərbaycan xalqının mətinliyini və qətiyyətini bir dahagörürük".

Politoloq əlavə edib ki, Azərbaycan dövləti tarixişəxsiyyətlərinə olan dərin hörmətini və ehtiramını hər zaman yüksəksəviyyədə nümayiş etdirib.

"Məhz bu səbəbdəndir ki, ölkəmizdə belə simaların xatirəsininəbədiləşdirilməsi üçün müxtəlif tədbirlər görülür. Aşıq Ələsgərinabidəsinin açılışı da bunun bariz nümunəsidir. Qeyd etmək lazımdırki, bundan əvvəl də Azərbaycanın müxtəlif bölgələrində tariximizədəyərli töhfələr vermiş şəxslərin abidələri ucaldılıb, onlarınəsərləri yaşadılır və yeni nəsillərə çatdırılır.

Bu cür addımlar, əslində, təkcə tarixi şəxsiyyətlərin xatirəsiniyaşatmaq məqsədi daşımır. Onlar, eyni zamanda, xalqımızınmilli-mənəvi dəyərlərinin qorunması, gənc nəslin öz köklərinə,mədəniyyətinə və tarixinə olan sevgisinin artırılması üçünvacibdir. Azərbaycanın hər bölgəsində Aşıq Ələsgər kimişəxsiyyətlərin irsi daima diqqət mərkəzində olub və bundan sonra daolacaq. Bu, Azərbaycanın mədəniyyətə, tarixi şəxsiyyətlərinə vəonların irsinə göstərdiyi xüsusi qayğının ən gözəl təzahürüdür. Bizinanırıq ki, belə təşəbbüslər gələcək nəsillərin də öz köklərinədaha sıx bağlı olmasına xidmət edəcək".

A.Qarayev onu da əlavə edib ki, Prezidentin ifadə etdiyi kimi,Aşıq Ələsgərin həyat yolu bütün Qərbi azərbaycanlıların taleyinitəcəssüm edir.

"Sözə, sənətə, humanist dəyərlərə bağlı olan, vətənpərvər şairöz doğma yurdundan qaçqın düşsə də, ruhdan düşməyib, 100 yaşında özyurduna qayıdaraq, yandırılmış evini bərpa edib və ömrünün songünlərinə qədər orada yaşayıbşş Biz ruhdan düşmürük; necə ki,1921-ci ildə qayıtdıq, yenə də qayıdacağıq".

Seçilən
9
2
az.trend.az

3Mənbələr