AZ

Moto G75 5G smartfonu təqdim edilib - QİYMƏTİ

     Motorola şirkəti Moto G seriyasının yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Moto G75 5G-dən gedir. Motorola-nın bu yeni smartfonu böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Moto G75 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.78 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir və o, Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunub. Smartfonun gövdəsi IP68 standartı üzrə sudan qorunur.     Üstəlik onun gövdəsi MIL-STD-810H hərbi standartının tələblərinə cavab verir. Bu isə o deməkdir ki, smartfonun gövdəsi olduqca dözümlüdür. Moto G75 5G smartfonu Snapdragon 6 Gen 3 prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 256 GB (1 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP + 8 MP ikili arxa kameraya və 16 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə Moto G75 5G 30 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub və üstəlik 15 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Smartfon qutudan Android 14 vasitəsilə çalışır. Moto G75 5G yaxın zamanda 370 avro qiymətində satışa çıxacaq.

Seçilən
7
technote.az

1Mənbələr