AZ

İranın İsrailə hücumu gözlənilir

Vaşinqton administrasiyası İranın İsrailə raket hücumu hazırladığına dair məlumat əldə edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” agentliyi Ağ Evə istinadən məlumat yayıb.

“ABŞ İranın yaxın gələcəkdə İsrailə ballistik raket hücumu etməyə hazırlaşdığına dair məlumatlara malikdir. Biz İsrailə müdafiəyə hazırlaşmaqda yardım edəcəyik”, - materialda qeyd edilib.

Həmçinin bildirilib ki, yəhudi dövlətinə hücum olarsa, İran ciddi nəticələrlə üzləşəcək.

Seçilən
15
6
qafqazinfo.az

10Mənbələr