AZ

Nazik gövdəli Samsung Galaxy Fold 6 Special Edition bu ayın sonunda təqdim olunacaq

      Samsung şirkəti iyul ayında qatlana bilən Galaxy Z Fold 6 smartfonunu təqdim etmişdi. Sözügedən smartfon təqdim olunandan bir müddət sonra məlumat ortaya çıxdı ki, şirkət onun daha nazik gövdəli versiyasını təqdim edəcək və həmin versiya Galaxy Fold Special Edition adlanacaq. Görünür, Galaxy Z Fold 6-nın nazik gövdəli versiyasının təqdimatı artıq çox yaxındır. Belə ki, Galaxy Fold 6 Special Edition smartfonu artıq Cənubi Koreyanın SK Telecom adlı mobil operatorunun saytında ön sifariş səhifəsində ortaya çıxıb.     Evan Blass adlı məşhur insayder daha öncə qeyd edirdi ki, smartfon Galaxy Fold Special Edition adını əldə edəcək. Lakin görünür, Samsung smartfonun məhz Galaxy Z Fold 6 ilə əlaqəli olmasına üstünlük verib. Məlumata əsasən Galaxy Fold 6 Special Edition modeli artıq bu ayın sonunda təqdim ediləcək. Söhbət, 25 oktyabr tarixindən gedir. Heç istisna deyil ki, bu smartfon eksklüziv olaraq yalnız Cənubi Koreyada və Çində satışa çıxsın.

Seçilən
5
technote.az

1Mənbələr