AZ

Həmyerlisi Messinin məşqçisi olacaq - RƏSMİ

"Real Madrid", "Yuventus" və "Napoli"nin sabiq hücumçusu Qonzalo İquain "İnter Mayami"nin məşqçilər korpusuna qoşulub. 

Fanat.Az xəbər verir ki, Amerika klubunun mətbuat xidməti bu barədə açıqlama yayıb.

Bildirilib ki, 36 yaşlı argentinalı "futbolçuların inkişafı üzrə məşqçi" kimi fəaliyyət göstərəcək.

"İnter Mayami" İquayinin 2022-ci ildə bitirdiyi futbolçu karyerasında sonuncu klub olub.

Beləliklə, o, "İnter Mayami"də Argentina millisindəki keçmiş komanda yoldaşı Lionel Messi ilə birgə çıxış edəcək.

Mirağa

Seçilən
1
1
fanat.az

2Mənbələr