AZ

2 müəllimi bıçaqlayan şagirdin müdafiəsi ŞOK ETDİ

Ötən ilin aprelində İngiltərənin Uelsin Karmartenşir şəhərindəki məktəbdə dəhşətli hadisə baş verib. 

News24.az xəbər verir ki, 13 yaşlı tələbə qız dərs fasiləsi zamanı 2 müəllim və 1 şagird olmaqla 3 nəfəri bıçaqlayıb, müəllimlərindən birini isə ağır yaralayıb. Qanlar içində olan müəllimə təcili tibbi yardım maşını ilə kömək göstərərkən, digər iki nəfər isə yüngül xəsarətlərlə hücumdan xilas olub.

Prokuror William Hughes, 14 yaşlı müttəhimin məktəbə kəsici əşyaların qaçaqmalçılıq yolu ilə daxil olduğunu etiraf etdiyini, lakin qətlə cəhd ittihamını rədd etdiyini söyləyib.

Məhkəmədə ağır xəsarət alan müəllimin boyun, kürək, qol və ayaq nahiyəsindən bıçaqlandığı bildirilib.

Dəhşətli hücumu məşhur olmaq üçün törətdiyini deyən 13 yaşlı müttəhimin “Hadisənin xəbərlərdə olacağına əmin idim. Bu, bütün gözlərin mənim üzərimdə olması demək idi” sözləri eşidənləri heyrətə gətirib.

Məryəm İlhamqızı


Seçilən
15
news24.az

1Mənbələr