AZ

İsmayıllıda idarəetmədən çıxan “Ravon” yol kənarına aşdı - ANBAAN VİDEO

İsmayıllı yolunda baş vermiş qəza anbaan kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl səhər saatlarında qeydə alınıb. Hərəkətdə olan 90-PL-542 dövlət nömrə nişanlı “Ravon Nexia” markalı avtomobilin sürücüsü yolun ortasıyla gedən “Toyota Prado” markalı maşını ötmək üçün sağa manevr edib. Bu zaman o, idarəetməni itirərək maşını yol kənarına aşırıb. Sürücünün iddiasına əsasən, qəzaya səbəb avtomobilin təkərlərinin çıxması olub. Nəticədə aşan maşın tamamilə yararsız vəziyyətə düşüb. Xoşbəxtlikdən sürücü xəsarət almayıb.

Nərmin

Seçilən
10
avtosfer.az

1Mənbələr