AZ

Bu şəhərdə və Bakının bir rayonunda qaz olmayacaq

Bakı. Trend:

Sumqayıt şəhərinin və Xəzər rayonunun bir hissəsinin qaztəchizatında müvəqqəti fasilə yaranacaq.

Trend xəbər verir ki, bubarədə "Azəriqaz" məlumat yayıb.

Bildirilib ki, Sumqayıt şəhəri, Qurd dərəsi (kanalüstü) vəDənizkənarı (Novxanı hissəsi) ərazilərin qaz təchizatınınyaxşılaşdırılması layihəsinin icrası olaraq, Saray körpüsüətrafında yeni çəkilmiş yeraltı qaz xəttinin qaz təchizatımənbəyinə birləşdirilməsi işləri görüləcək. Bu məqsədlə02.10.2024-cü il saat 11:00-dan işlər yekunlaşanadək “Şəhər-4” ortatəzyiqli qaz xəttindən qaz təchizatının dayandırılmasıplanlaşdırılır.

Təmir-quraşdırma işləri görülən müddətdə Sumqayıt şəhərininNovruz, Təzə və Köhnə Corat qəsəbələrinin, Novxanı, Qurd dərəsi,Corat və Saray bağlarının, 11-12-13-17-ci və18-ci mikrorayonlarınbir hissəsinin, 20-ci və 21-ci mikrorayonların, eləcə də 47, 48,49, 51, 52, 53-cü məhəllələrin qaz təchizatında müvəqqəti fasiləyaranacaq.

Həmçinin, Xəzər rayonu, Qala qəsəbəsində qaz xəttinin yerinindəyişdirilməsi məqsədi ilə 02.10.2024-cü il saat 10:00-dan işləryekunlaşanadək qaz təchizatının dayandırılması, işlərtamamlandıqdan sonra qaz təchizatının bərpası nəzərdə tutulur.

Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun StansiyaQala yaşayış massivinin təchizatında müvəqqəti fasiləyaranacaq.

Seçilən
10
27
az.trend.az

10Mənbələr