AZ

Xətai rayonunda məktəb direktorunun "BİZNESİ" - İDDİA

Fəal sosial şəbəkə istifadəçisi öz səhifəsində bildirir ki, Xətai rayon Əhmədli qəsəbəsində yerləşən 171 saylı tam orta məktəbin direktoru Zemfira Məsiyeva və özünə tabe etdiyi müəllim qrupu əlbir olaraq valideynlərdən müəyyən məqsədlər üçün pul toplayırlar. Bu hallar ətraflı olaraq sosial şəbəkə istifadəçisinin paylaşımında ətraflı qeyd olunur.  Mənbə bildirir ki, dərsdən yayınma hallarının öz qiyməti var. Bu qiymət 3, 4, 5min arası dəyişir. Qarşı tərəf kimi Zemfira Məsiyevanın sözügedən məsələ ilə bağlı açıqlamasını dərc etməyə hazırıq.
Hara baxırsan rüşvət, yalan, əliəyrilik. Millət vəkilindən tutmuş ən kiçik məmura kimi belədir.
 
Seçicini yağlı vədlərlə aldadıb Milli Məclisdə oturan bir çox deputat yerindən ancaq öz qazancı üçün yararlanır, camaat onu heç düşündürmür. Deputatı, məmuru qınayırıq, amma dərindən fikirləşəndə görürsən bunların təməli bağçada, məktəbdə qoyulub. Deputat, məmur olana kimi yaşadığın illərdə hər şeyin pulla həll olunduğunu görüb özün də o yola düşürsən. Uşaq bağçasında yazıq valideyn nə istəyirlər övladının xatirinə verir.
Buyurun, hörmətli məktəb direktorları, fikrinizi bildirin. Özünüzə əminsinizsə, dürüst olduğunuzu sübut edin.
 
Seçilən
10
seher.media

1Mənbələr