AZ

İran İsrailə ballistik raketlərlə zərbə endirməyə hazırlaşır - ŞOK

İran İsrailə ballistik raket zərbəsi endirməyə hazırlaşır.

 

Modern.az xəbər verir ki, bu barədə "Axios" nəşri və CNN telekanalı Ağ Evin yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.

 

Mənbə bildirib ki, kəşfiyyat zərbənin qaçılmaz olduğunu düşünür.

 

“İsraili bu hücumdan qorumaq üçün müdafiə hazırlıqlarını dəstəkləyirik”, - deyə Ağ Evin rəsmisi CNN-ə deyib.

 

İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin "İranın şər oxuna" qarşı kampaniyanın mərkəzində olduğunu bildirib.

Seçilən
8
1
modern.az

4Mənbələr