AZ

Simonyan: “İrəvan COP29 çərçivəsində Bakı ilə sülh müqaviləsi imzalanmasına razıdır”

“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün platforma verməyə hazır olan ölkələr var”.

Bizim.Media Sputnik Ermənistan-a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

O, Ermənistan tərəfinin Bakıda keçiriləcək COP29 iqlim sammiti çərçivəsində sülh müqaviləsinin imzalanmasının əleyhinə olmayacağını da açıqlayıb.

Bizim.Media

Seçilən
8
bizim.media

1Mənbələr