AZ

Dövlət Ekoloji Ekspertiza Agentliyində ictimai dinləmə keçirilib

Qurumuş və qəzalı ağacların götürülməsi, tikinti və infrastruktur layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi, ekoloji rəyin alınması sahəsində şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə növbəti ictimai dinləmə keçirilib.

Aidiyyəti dövlət qurumlarının, tikinti şirkətlərinin, ekspertlərin, layihə icraçılarının, QHT və KİV nümayəndələrinin iştirakı ilə keçirilən ictimai dinləmədə Bakı şəhəri və regionlar üzrə Agentliyə təqdim olunmuş layihələrin ətraf mühitə təsiri, kompensasiya mexanizmləri müzakirə olunub.  Gündəlik üzrə müzakirəsi aparılan layihələrin rəy verilmə mərhələsində olduğu qeyd edilib. 
İctimai dinləmənin sonunda layihələrin icrası zamanı yaşıllıqların mühafizəsi ilə bağlı ekoloji tələblərə əməl edilmənin, Bakı və Abşeron yarımadasında yaşıllıq zonalarının artırılmasının, iqlimə xas ağac və kolların əkilməsinin, bununla bağlı suvarılma sisteminin, düzgün aqrotexniki qulluq göstərilməsinin vacibliyi bir daha diqqətə çatdırılıb.
 Ekoloiya.az
Seçilən
10
ekologiya.az

1Mənbələr