AZ

Səudiyyə Ərəbistanı Palataları Federasiyası: Azərbaycanla investisiya sahəsində yeni imkanlar yaradılır

Səudiyyə

Bakı, 1 oktyabr, AZƏRTAC

Səudiyyə Ərəbistanının Azərbaycanla ticarət dövriyyəsi ilbəil artır və investisiya ilə bağlı yeni imkanlar yaradılır.

AZƏRTAC xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 5-ci iclasında Səudiyyə Ərəbistanı Palataları Federasiyasının İdarə Heyətinin sədri Həsən Əl-Huvaizi deyib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının ölkəmizlə əsasən iqtisadi sahədə əməkdaşlığı mövcuddur.

“Azərbaycan regionda logistik baxımdan ən əlverişli ölkələrdən biridir. Odur ki, Azərbaycanda bütün sahələr üzrə investisiya yatırılması üçün münbit şərait var. Energetika və kənd təsərrüfatı sahələrində də əməkdaşlıqda geniş perspektivlər mövcuddur”, - deyə Həsən Əl-Huvaizi vurğulayıb.

Nəzərə çatdırılıb ki, 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi təqribən 13,4 milyon dollar olub ki, bu da hazırkı potensialı əks etdirmir: “Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın daha da gücləndirilməsi üçün layihələr həyata keçiriləcək”.

Seçilən
8
2
azertag.az

3Mənbələr