AZ

"Simpsonlar"ın şok final: bu əfsanəvi cizgi filminin sonu olacaqmı?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Dünyaca məşhur "Simpsonlar"ın 36-cı mövsümünün ilk seriyası kultlaşmış cizgi filminin pərəstişkarlarını şoka salıb. Belə ki, "Bartın ad günü" adlı epizod şounun tezliklə bağlanacağına işarələrlə dolu olub.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Daily Mail" xəbər verib.
Bildirilib ki, bölümün xüsusi qonağı "Simpsonlar"ın keçmiş ssenaristi Konan O'Brayen olub. O, animasiya şəklində sitkomla vidalaşma mərasimini aparıb.
"Serialın finalında hamınızla birlikdə olmaq mənim üçün böyük şərəfdir. Bəli, bu doğrudur. "Fox" "Simpsonlar"ı bağlamağa qərar verdi. Bu şou mənim erkən karyeramın çox xüsusi bir hissəsi idi, ona görə də burada olmaq mənim üçün çox şey ifadə edir", - deyə o bildirib.
Qeyd edək ki, final layihənin 33 illik mövcudluğu ərzində bütün buraxılışları yüklənmiş süni intellekt tərəfindən hazırlanıb. Yaradıcılar süni intellektin köməyi ilə layihə həqiqətən 36 mövsümdən sonra başa çatarsa, son bölümün necə görünə biləcəyini təqdim ediblər.
Bəs son bölümdə sevimli qəhrəmanları nə gözləyir?
Süni intellektin versiyasına görə, direktor "Skinner" təqaüdə çıxacaq, "Homer" cənab "Berns"in mirasını alacaq, Komiks satıcısı ata olacaq və "Mo" barını bağlayacaq.
Həmçinin tamaşaçıları "Saydşou Bob" və əsl "Seymur Skinner" də daxil olmaqla bir çox köhnə personajların qayıdışı gözləyir.
Bölümün kulminasiyası "Bart Simpson"un 10-cu ad günü olub. Lakin ad günü qəhrəmanı həyatında heç nəyi dəyişmək istəmədiyini başa düşüb və bu da "Homer"i özündən çıxarıb. Bir çox pərəstişkar ailə başçısının oğlunu boğmağa başladığı final səhnəsini serialdakı son özünüsenzura mübahisələrinə işarə kimi qəbul edib.
Beləliklə, 1989-cu ildən bəri yayımlanan və 700-dən çox bölümü olan əfsanəvi cizgi serialı sona çatacaqmı? "Simpsonlar"ın yaradıcıları bu suala hələ birmənalı cavab vermirlər, lakin yeni seriyalar üçün hələ çox ideyaları olduğuna işarə edirlər.
Seçilən
23
50
oxu.az

10Mənbələr