AZ

Ştutqart - Sparta Praqa: CANLI yayım (01.10.2024, 20:45)

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda "Ştutqart" klubu "Sparta Praqa" ilə qarşılaşacaq.
Oxu.az xəbər verir ki, "MHPArena" stadionunda keçiriləcək oyunu Manfredas Lukyançukasın rəhbərlik etdiyi litvalı hakimlər briqadası idarə edəcək.
Komandalar meydana itkilərlə çıxacaqlar. Meydan sahiblərindən Əd Dahil, Diel, Narti, Sterciu, Zaqadu zədə səbəbindən görüşü buraxmalı olacaqlar.
Qonaqların komandasına isə Kobbaut və Qarsia kömək edə bilməyəcəklər.
Qeyd edək ki, beynəlxalq turnirlərdə komandalar indiyədək ümumilikdə bir dəfə qarşılaşıblar. Həmin görüş isə "Sparta Praqa"nın 2:0 hesablı üstünlüyü ilə başa çatıb.
Yayımın başlama vaxtı Bakı vaxtı ilə saat 20:45-dir.
"Ştutqart" - "Sparta Praqa" matçının canlı yayımını Oxu.Az saytında izləyə bilərsiniz.
Seçilən
5
oxu.az

1Mənbələr