AZ

Rusiya İsrail qoşunlarının Livandan çıxarılmasını tələb edir


“Rusiya İsrail Müdafiə Qüvvələrinin (IDF) Livana hücumunu kəskin şəkildə pisləyir və İsrail hakimiyyətini hərbi əməliyyatları dərhal dayandırmağa, qoşunları Livan ərazisindən çıxarmağa çağırır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya XİN-in saytında dərc olunmuş rəsmi bəyanatda bildirilib.
“Aydındır ki, belə bir addım Yaxın Şərq regionunda zorakılığın daha da artmasına gətirib çıxaracaq. Rusiya Livana hücumu qətiyyətlə pisləyir və İsrail hakimiyyətini hərbi əməliyyatları dərhal dayandırmağa, qoşunları Livan ərazisindən çıxarmağa və Yaxın Şərq münaqişəsinin həlli üçün dinc yolların real axtarışına başlamağa çağırır”, - deyə bəyanatda qeyd edilib.
Sənəddə deyilir ki, oktyabrın 1-də İsrailin Livana təcavüzündən sonra onlarla mülki şəxsin öldüyü artıq məlumdur və ordunun bütün qollarını əhatə edən İsrail işğalının ümumi xarakter daşıması itkilərin sayının artacağını güman etməyə əsas verir.
Qeyd edək ki, oktyabrın 1-nə keçən gecə IDF Livanın cənubunda məhdud quru əməliyyatına başlayıb.
Seçilən
36
2
yeniavaz.com

3Mənbələr