AZ

Safurədən qızına ad günü təbriki

"Avroviziya" təmsilçilərimizdən olan Safurə Əliyevanın qızı Aişənin ad günüdür.

Bakıvaxtı.az xəbər verir ki, müğənni bununla bağlı paylaşım edib.

O, qızının görüntüsünə "Ad günün mübarək, Aişə. Parılda, xəyallarının arxasınca get və nə qədər güclü olduğunu heç vaxt unutma.Səni sevirəm" sözlərini yazıb.

Qeyd edək ki, Safurə mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəlidir. Fərhad və Safurə İstanbulda yaşayır. Cütlüyün İsgəndər və Natiq adlı daha iki övladı var. /axşam.az

Seçilən
17
bakivaxti.az

1Mənbələr