AZ

Bakıda təsviri incəsənət sərgisinin açılışı oldu

Azərbaycan Milli İncəsənət Muzeyində "Xəzər" Biennalesi Platforması çərçivəsində təsviri incəsənət sərgisinin açılış mərasimi baş tutub.

Publika.az xəbər verir ki, sərginin açılışında mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov iştirak ediblər.

Fərhad Xəlilov sərginin təşkilində dəstək göstərən Mədəniyyət naziri Adil Kərimliyə təşəkkür edib: "Beynəlxalq Rəssamlar Klubu yaratmışıq. Klubun məqsədi dəyərli sənətkarları dünyada tanıtmaqdır. Bizim bu haqda cənab nazir Adil Kərimli ilə danışıqlarımız olub. Sərgi oktyabrın 15-dək Azərbaycan Milli İncəsənət Muzeyində davam edəcək".

Seçilən
4
1
publika.az

2Mənbələr