AZ

15-ci Bakı Beynəlxalq Film Festivalı keçiriləcək

Bakı. Trend:

4-8 oktyabr tarixlərində 15-ci Bakı Beynəlxalq Film Festivalıkeçiriləcək.

Trend xəbər verir ki, GəncKinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival bu il AzərbaycanRespublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası KinoAgentliyinin dəstəyi ilə keçirilən “Baku Cinema Breeze” (BCB) filmfestivalının bir hissəsidir.

Bu böyük tədbirdə DokuBaku Beynəlxalq Sənədli FilmləriFestivalı, ANIMAFILM Beynəlxalq Animasiya Festivalı, ATA Türkdünyası Beynəlxalq Animasiya filmləri festivalı kimi tanınmışfestivallar da iştirak edir. Bakı Beynəlxalq

Film Festivalının açılış mərasimi oktyabrın 5-də saat 19:00-daNizami Kino Mərkəzində baş tutacaq. Mərasimdə MədəniyyətNazirliyinin rəsmiləri, xarici ölkələrin Azərbaycandakısəfirliklərinin nümayəndələri, festivalın beynəlxalq tərkiblimünsiflər heyətinin üzvləri, həmçinin mədəniyyət və incəsənətxadimləri iştirak edəcəklər. Bu il Festival çərçivəsində ümumilikdə26 ölkəni (Almaniya, Fransa, İtaliya, İngiltərə, Koreya, Çin,Hindistan, Kolumbiya, Rusiya, Türkiyə, Qazaxıstan, Qırğızıstan,Özbəkistan, Gürcüstan, Moldova, Xorvatiya, İran və digərləri) əhatəedən 79 film Nizami Kino Mərkəzində beş gün müddətində saat 11:00-dan nümayiş olunacaq. Festival filmlərinə giriş sərbəstdir.

15-ci yubiley açılışına bir sıra yeniliklərlə gələn Festival buildən tammetrajlı filmlərin müsabiqəsini keçirir. Belə ki,festivalın Beynəlxalq müsabiqəsində debüt tammetrajlı bədii və qısafilmlər yarışır. Festivalın Yerli müsabiqəsinə qısametrajlı bədii,sənədli filmlər və sosial çarxlar qəbul olunub. Müsabiqəçərçivəsində tələbələr ayrıca nominasiyada yarışmaq imkanıqazanırlar.

Ümumilikdə yerli müsabiqədə 25 ekran əsəri yarışır. Bu ilBeynəlxalq debut tammetrajlı bədii film müsabiqəsində yarışanfilmləri “Şəhərli biçinçilər”, “Süd dişinin ağrısı”, “Məkanınmelodiyası” kimi filmləri ilə milli kino tarixində müəllifkinosunun inkişafına təkan verən, kinomuzu dünya arenasında tanıdanƏməkdar incəsənət xadimi Hüseyn Mehdiyev, “Usamə” filmi “Qızılqlobus” mükafatına layiq görülən və bununla da adını dünya kinotarixinə yazdıran rejissor Siddiq Barmak, Venesiya, Rotterdamkinofestivallarında filmləri ilə uğur qazanan türkiyəli rejissorMahmut Fazıl Coşkun qiymətləndirəcək.

“Yerli müsabiqə”nin münsiflər heyətində müasir kino tariximizinən böyük bədii-tarixi layihəsi sayılan “Tağıyev” filminin müəllifirejissor Zaur Qasımlı, Türkiyədə çoxsaylı bədii filmlərin rejissoruvə prodüseri olan Can Özbatur, yaradıcılığı ilə milli teatrmühitində fərqlənən, həm yerli, həm də də xarici ölkə teatrlarındabir sıra tamaşalara quruluş verən rejissor İradə Gözəlova,İsveçrənin “AVANTİ” layihəsinin sənədli filmlər bölməsində qalibolmuş, bir çox sənədli filmlərə imza atmış rejissor, ssenaristNəsimi Əliyev yer alır. Müəllifi olduğu filmlərlə nüfuzlukinofestivallarda iştirak edən, Müstəqil İran KinematoqrafçılarıAssosiasiyanın təsisçilərindən olan kinorejissor İsmayıl Monsef,“İskusstvo kino” jurnalının daimi müəllifi və redaktoru YevgeniMayzel, Avropa Kino Akademiyasının üzvü rejissor Teymur Hacıyev isə“Beynəlxalq qısametrajlı film müsabiqəsi”ndə yarışan filmləriqiymətləndirəcəklər. “Asiya istedadları” müsabiqəsində finala çıxanfilmləri Özbəkistanın kino üzrə ilk elmlər namizədi, DaşkəndVGİK-nin təsisçisi, kinematoqrafçı Eldar Yoldaşev və Türkiyədə birçox film və seriallarda rol alan aktrisa Zümrə Ərtürkqiymətləndirəcək. Festivalın əsas mükafatı "Qızıl Nar"dır.

Bununla yanaşı festival bəzi nominasiyalar üzrə qaliblərə xüsusimükafat və diplomlar təqdim edir. Festivalda müsabiqədənkənarproqramlar da tamaşaçıların ixtiyarına verilir. Belə proqramlardanolan “Dili bizim”də dünyanın müxtəlif ölkələrində yaşayanhəmyerlilərimizin Azərbaycan dilində çəkdikləri filmlər nümayişolunur. Bakı Beynəlxalq Film Festivalının “British Council”laəməkdaşlığı nəticəsində hər il festival çərçivəsində BAFTAnamizədlərinin xüsusi nümayişi keçirilir. Böyük marağa səbəb olanproqramda bir-birindən maraqlı filmlər göstərilir. Bu il festivalçərçivəsində “TRT Sinema”nın müdiri Faruk Güvənin təqdimatı, “Birgəfilm istehsalı” mövzusunda fikir mübadiləsi, “Kömür” filmininAzərbaycan premyerası, həmçinin ustad dərsləri, yerli və xaricifilm nümayişlərindən sonra müəlliflərlə müzakirələr həyatakeçiriləcək. Gənc Kinematoqrafçılar Mərkəzi tərəfindən 2004-cü ildətəsis edilən Festival əvvəlki illərdə “START” adı ilə fəaliyyətgöstərib.

Ölkəmizin ən uzun ömürlü festivalı olan Bakı Beynəlxalq FilmFestivalı bu illər ərzində həm də Kann, Venesiya, Berlin FilmFestivallarında, “OSKAR”da mükafat və uğur qazanmış filmlərinnümayiş məkanına çevrilib. 15 ildir ki, əzmlə yoluna davam edənFestival hər il kinematoqrafçıları bir araya gətirir və növbətiillərdə auditoriyasını daha da genişləndirməyi hədəfləyir. BakıBeynəlxalq Film Festivalının dəstəkçiləri sırasında Nizami KinoMərkəzi, “Azərbaycanfilm” kinostudiyası, Dövlət Film Fondu,“British Council”, Azərbaycan Prodüserlər Gildiyası yer alır.

Bakı Beynəlxalq Qısa Filmlər Festivalının Təşkilat Komitəsi(+994 05) 979 89 88 (+994 55) 221-20-41 www.filmfestival.az [email protected]

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az,Azernews.Az

Seçilən
6
9
az.trend.az

10Mənbələr