AZ

Bu il Polşanın müdafiə xərcləri ÜDM-in 4,2 faizinə çatacaq

Polşa 2024-cü ildə ümumdaxili məhsulunun 4,2 faizini müdafiəyə ayıracaq, gələn il isə orduya və silah alışına xərclər ÜDM-in 4,7 faizinə çatdırılacaq.

AZƏRTAC xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış Varşavada təhlükəsizlik məsələləri üzrə beynəlxalq forumun açılışında çıxış edərkən deyib.

“Bu il Polşanın müdafiə xərcləri ÜDM-in 4,2 faizini, gələn il isə 4,7 faizini təşkil edəcək. Biz Silahlı Qüvvələrin döyüş hazırlığını əhəmiyyətli dərəcədə artırmaq üçün kifayət qədər vəsait ayırırıq”, - deyə nazir bildirib.

Beləliklə, 2024-cü ildə Polşanın müdafiə xərcləri 159,9 milyard zloti (40,6 milyard dollar) təşkil etməlidir. Avqustun sonunda respublika hökuməti 2025-ci il dövlət büdcəsinin layihəsini hərbi sahəyə 186 milyard zloti (təxminən 48,3 milyard dollar) ayırmaqla təsdiqləyib.

Seçilən
8
3
yeniazerbaycan.com

4Mənbələr