AZ

Bakıda təsviri incəsənət sərgisinin açılışı oldu

Azərbaycan Milli İncəsənət Muzeyində "Xəzər" Biennalesi Platforması çərçivəsində təsviri incəsənət sərgisinin açılış mərasimi baş tutub.

Teleqraf.com xəbər verir ki, sərginin açılışında mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov iştirak ediblər.

Fərhad Xəlilov sərginin təşkilində dəstək göstərən Mədəniyyət naziri Adil Kərimliyə təşəkkür edib: "Beynəlxalq Rəssamlar Klubu yaratmışıq. Klubun məqsədi dəyərli sənətkarları dünyada tanıtmaqdır. Bizim bu haqda cənab nazir Adil Kərimli ilə danışıqlarımız olub. Sərgi oktyabrın 15-dək Azərbaycan Milli İncəsənət Muzeyində davam edəcək".

Qeyd edək ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Beynəlxalq Rəssamlar Klubu tərəfindən təşkil edilən sərgidə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Qırğızıstan, Türkiyə, Bəhreyn və Macarıstandan olan rəssamların əsərləri nümayiş olunur.


Müəllif: Rəqsanə Həsənova
Seçilən
9
1
teleqraf.com

2Mənbələr