AZ

Arsenal - PSJ: CANLI yayım (01.10.2024, 23:00)

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda "Arsenal" klubu PSJ ilə qarşılaşacaq.
Oxu.Az xəbər verir ki, "Emirates Stadium"da keçirilən görüşü Slovka Vinçiçin başçılıq etdiyi sloveniyalı hakimlər briqadası idarə edəcək.
Komandalar görüşə itkilərlə çıxacaq. Meydan sahiblərindən Odeqard, Tierni, Tomiyasu, Zinçenko, Merino və Ben Uayt zədə üzündən qarşılaşmanı buraxmalı olacaqlar. Qonaqlardan isə Dembele, Hernandes, Kimpembe və Ramoş komandasına kömək edə bilməyəcəklər.
Qeyd edək ki, komandalar beynəlxalq turnirlərdə indiyədək ümumilikdə dörd dəfə üz-üzə gəliblər. Bunlardan ikisi "Arsenal"ın qələbəsi ilə başa çatıb. İki dəfə isə heç-heçə qeydə alınıb.
Yayımın başlama vaxtı Bakı vaxtı ilə saat 23:00-dır.
Arsenal - PSJ matçının canlı yayımını Oxu.Az saytında izləyə bilərsiniz.
Seçilən
10
oxu.az

1Mənbələr