AZ

Azərbaycan hərbçiləri “Eternity-2024” çoxmillətli komanda-qərargah təlimində iştirak edib

Bakı. Trend:

Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakıilə Gürcüstanda keçirilən “Eternity-2024” çoxmillətlikomanda-qərargah təlimi başa çatıb.

Trend bubarədə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə istinadənməlumat verir.

Təlimin keçirilməsində əsas diqqət Azərbaycan, Türkiyə vəGürcüstanın silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığıngücləndirilməsi və uzlaşmanın təmin edilməsinə yönəldilib. Hər üçölkənin hərbi qulluqçuları və aidiyyatı dövlət qurumlarınınnümayəndələri Vaziani təlim mərkəzində strateji əhəmiyyətli,regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrətapşırıqları yerinə yetiriblər.

Azərbaycan və Gürcüstan Respublikalarından keçən İxrac borukəmərlərinin təhükəsizliyinin yüksək səviyyədə təmin olunması iləbağlı Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəismüavini, polkovnik İsfəndiyar Mehbalıyev ilə Gürcüstan RespublikasıDaxili İşlər Nazirliyinin Strateji İxrac Boru Kəmərlərininmühafizəsi departamentinin direktoru, polkovnik Zurab Çabaşviliarasında ikitərəfli görüş keçirilmişdir. Görüş zamanı qurumlararasıtəcrübə mübadiləsi və ikitərəfli əməkdaşlığın perspektivləri iləbağlı fikir mübadiləsi aparılıb.

İkitərəfli görüş qarşılıqlı xatirə hədiyyələrinin təqdimolunması ilə yekunlaşıb.

Məqalədə:
Seçilən
10
2
az.trend.az

5Mənbələr