AZ

Mal qəbulu üzrə operatorlar tələb olunur - İRİ LOGİSTİKA MƏRKƏZİ İŞÇİLƏR YIĞIR

İşə götürən: BRAVO Logistika və Distribusiya Mərkəzi

Vakansiyanın adı: Mal Qəbulu üzrə Operator

Müraciət üçün son tarix: 01.11.2024

Tələblər:

Namizədin fiziki güclü, anbar əməliyyatları üzrə təcrübəli, yüklərin qəbulu və yerləşdirilməsi prosesində dəqiq və məsuliyyətli, komanda ilə işləmə bacarığına və texniki avadanlıqlarla işləmək təcrübəsinə sahib olması tələb olunur; riyazi biliklər orta səviyyədə olmalıdır.

Cins: Kişi

Yaş: 18-35

İş təcrübəsi: Vacib deyil

Təhsil: Orta təhsil

Vəzifə təlimatı:

- Anbara gələn idxal və bəzi yerli tədarükçülərin mallarının boşaldılması və çeşidlənməsini icra etmək;

- Qəbul edilən malların düzgün temperaturda və düzgün şəkildə gətirilməsini yoxlamaq, malları son istifadə tarixinin təlimatda göstərilən müddətdən az olmaması şərti ilə qəbul etmək;

- Qəbul olunacaq malların sayının, kütləsinin, fiziki görünüşünün sifarişdə qeyd olunan məlumatlara uyğunluğunu yoxlamaq və problem aşkar olunduqda qəbulu dayandırmaq və bu barədə rəhbərliyə məlumat vermək;

- Qəbul olunmuş malların göstəriciləri qeyd olunmuş etiketin malların yığıldığı müvafiq paletin üzərinə yapışdırmaq;

- Cihaz və avadanlıqlardan SƏTƏM qaydaları çərçivəsində təlimatlandırıldığı şəkildə istifadə edilməsi, iş sahəsinin və istifadə edilən avadanlıqların təmizliyini təmin etmək, həmçinin təhlükəsiz iş şəraitini qorumaq;

- Rəhbərliyin tapşırığı ilə əlavə SƏTƏM təlimatlarına ehtiyac olmayan digər işləri həyata keçirmək;

- Qida təhlükəsizliyi üzrə təlimatlara əməl etmək və qida təhlükəsizliyi ilə bağlı uyğsuzluqlar barədə məsul şəxslərə məlumat vermək”

- İş saatları: Gündüz növbəsi (08:00-17:00)

Əməkhaqqı: 490 AZN, 100-200 AZN BONUS, Nahar və Nəqliyyat servisi şirkət tərəfindən təmin edilir

İş yerinin ünvanı: Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsi (Binə T/M ilə üzbəüz

Müraciət qaydası: 051-226-09-36 (watsapp və telefon zəngləri)

bravo logistika distribusiya operatorlar vakansiya mal qəbulu
Seçilən
24
marja.az

1Mənbələr