“Statcounter” jurnalı “Windows” əməliyyat sisteminin dünya bazar payı haqqında məlumatı özündə əks etdirən hesabat dərc edib.

İndex.az xəbər verir ki, hesabata görə, 2024-cü ilin sentyabrında “Windows 11” irəliyə doğru əhəmiyyətli sıçrayış edib.

Belə ki, “Windows 11” 2024-cü ilin sentyabrında bazar payını 1,74 bənd artırıb.

Əməliyyat sistemi hər ay istifadəçilərin sayını durmadan artırsa da, “Windows 10″un populyarlığı yavaş-yavaş azalır.

Hesabata əsasən “Windows 10″un bazar payı 2024-cü ilin sentyabrında 1,35 bənd azalıb.