AZ

Türkiyədə fəhlələri daşıyan mikroavtobus qəzaya uğrayıb: yaralılar var

Türkiyənin Kayseri şəhərində fəhlələri daşıyan mikroavtobus qəzaya uğrayıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Kayserinin Melikqazi rayonunda mikroavtobusun idarəetmədən çıxaraq aşması nəticəsində 9 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili yardım briqadası cəlb edilib.

Yaralılar ətrafdakı xəstəxanaya aparılıb.

Onların səhhətinin yaxşı olduğu bildirilib.

Şəbnəm Mehdizadə

Seçilən
5
e-huquq.az

1Mənbələr