AZ

Beş ölkənin maraqları toqquşur: Xəzər dənizi tamamən QURUYUR? - Azərbaycan üçün bu FƏSADLARI GÖZLƏNİLİR...

Xəzər dənizinin dayazlaşması məsələsi təkcə bir liman və ya ölkə üçün əhəmiyyət kəsb etmir, həm də beş Xəzəryanı dövlətin maraqlarına toxunur.


Bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov deyib.


O vurğulayıb ki, Azərbaycan Prezidenti dəfələrlə müxtəlif beynəlxalq platformalarda bu problemə diqqət çəkib.


"Sağlam həyata doğru" İctimai Birliyinin üzvü, su məsələləri üzrə ekspert Rövşən Abbasov Referans.az-a açıqlamasında Xəzər dənizində son illərdə artan dayazlaşmanın məhz Azərbaycana zərərlərindən danışıb.




“Xəzər dənizinin dayazlaşması ilk növbədə Azərbaycan üçün çox mühüm vasitələrdən biri olan gəmiçiliyə ziyan vura bilər. Məsələ burasındadır ki, son illər gəmilər artıq Azərbaycan ərazisinə yan ala bilmirlər. Bununla bağlı mövcud struktur artıq təmamilə yararsız bir hala düşüb. Hazırda bu problemin aradan qaldırılması üçün Ələt limanında və digər limanlarımızda qazma işləri aparılır, xüsusi kanallar çəkilir”.


Ekspert qeyd edib ki, Xəzər dənizində su səviyyəsinin azalması ilə bağlı problemlərdən biri də biomüxtəlifliklə bağlıdır.


“Xəzər dənizinin tədricən quruması biomüxtəlifliyə çox mənfi təsir göstərir. Dənizin dayazlaşması və suyun istiləşməsi suda həll olan oksigeni azaldır və bunun nəticəsində də canlıların yaşama mühiti pisləşir. Nəticədə balıqların da sayı azalır, bu isə öz növbəsində sahilətrafı ərazilərdə yaşayan icmaların gəlirlərinə mənfi təsir edir”.

 

Fidan Vəlisoy 

Seçilən
7
referans.az

1Mənbələr