AZ

"WhatsAp" mesajı fermerə baha başa gəldi - Tarlasına hücum edib kələmlərini apardılar

Rusiyanın Yakutsk şəhərində sakinlər "Whatsapp" videosu səbəbindən yerli fermerin əkin sahələrini talayıblar.

BAKU.WS xəbər verir ki, bu barədə "Gazeta.ru" məlumat yayıb.

Belə ki, naməlum qadın "WhatsApp" messenceri vasitəsilə iddia edib ki, Namski trasının 14-cü kilometrliyində kələmi pulsuz verirlər. Əslində isə elə bir hal olmayıb.

Bəziləri bunun sadəcə yanlış anlaşılma olduğunu güman edir. Çoxları isə elə düşünür ki, qadın qəsdən bu əməli törədib və bu zərərçəkən fermerin rəqiblərindən birinin işidir. Nəticədə yerli sakinlər dərhal pulsuz kələmi əldə etmək üçün tarlaya hücum ediblər.

Həftəsonu insanlar mühafizəçilərin iradlarına məhəl qoymadan, icazəsiz şəkildə kisə-kisə kələm çıxararaq, əkin sahələrini tapdalayıb, hətta hasarları söküblər. Kələm qurtaranda isə onlar kök və kartofa keçib.

Sahələrin sahibi dəymiş ziyanı 1 milyon rubl kimi qiymətləndirib. O bildirib ki, əvvəlcə elə şokda olub ki, polisə müraciət etməyib. İndi o, bundan sonra nə edəcəyini düşünür.

Visiontv.az



Seçilən
7
1
visiontv.az

2Mənbələr