AZ

Yanacaqdaşıyan yük maşını yandı, sürücü öldü - Yenilənib

Bakı-Qazax magistral avtomobil yolunun Ucar rayonu, Müsüslü kəndi ərazisindən keçən hissəsində qəzaya düşmüş yanacaqdaşıyan yük avtomobilində yanğın baş verib.

Hadisə ilə əlaqədar dərhal qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.


Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının qəza nəticəsində yol kənarına aşmış avtomobilin çənində baş verdiyi və yaxınlıqdakı tikiliyə keçdiyi, habelə genişlənmə riskinin yüksək olduğu müəyyən edilib.


Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.


Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.


***


FHN-in məlumatına görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən tam söndürülüb.


***


FHN-dən bildirilib ki, yanğın nəticəsində yanacaqdaşıyan yük avtomobilinin yanar konstruksiyaları və 40 ton yanacaq, vətəndaşa məxsus yardımçı tikili yanıb.


Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.


Hadisə yerində avtomobilin sürücüsünün meyiti aşkar edilib.


Aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

www.anews.az
Seçilən
10
17
anews.az

10Mənbələr