AZ

Ötən ay 767 mina və 3301 PHS aşkarlanıb

Ötən

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərdə son bir ay ərzində icra olunan əməliyyatlar barədə ümumi məlumat yayıb.

ANAMA-dan APA-ya verilən xəbərə görə, sentyabrın 1-dən 30-na qədər Tərtər, Ağdərə, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl, Zəngilan, Xocalı, Xocavənd, Xankəndi, Laçın və Kəlbəcərdə 289 piyada əleyhinə mina, 478 tank əleyhinə mina və 3301 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 6118,2 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Seçilən
9
10
xalqcebhesi.az

10Mənbələr