AZ

Emin Mahmudov "Neftçi"dən ayrılır - Özəl

Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov klub karyerasında dəyişiklik edə bilər. 

Apasport.az-ın əldə etdiyi məlumata görə, 32 yaşlı futbolçunun "Neftçi"dən ayrılacağı gözlənilir.

Belə ki, kapitanlığın ondan alınmasından narahat olan Mahmudov karyerasında dəyişiklik etmək üçün komandasını dəyişmək istəyir.

Aldığımız məlumata görə, Mahmudovun karyerasını müxtəlif ölkələrdə davam etdirmək şansına sahibdir. Ona həm Azərbaycan Premyer Liqası, həm Türkiyə Super Liqası, həm də BƏƏ klublarından təklif gəlib.

Millimizin aparıcı üzvünün Rusiyaya qayıtmaq ehtimalı da az deyil. Belə ki, Eminə Premyer Liqada yarışan paytaxt təmsilçilərindən təkliflər gəlib. Təcrübəli yarımmüdafiəçinin qışa qədər karyerasını harada davam etdirəcəyi dəqiqləşəcək.

"Saturn"un yetirməsi olan Emin "Spartak"(Moskva), "Krılya Sovetov","Mordoviya", "Tom", "Boavişta" komandalarında oynadıqdan sonra 2017-ci ildə "Neftçi"yə keçmişdi.

Qeyd edək ki, Mahmudovun "Neftçi" ilə müqaviləsi 2025-ci il iyunun 30-da başa çatacaq. Amma tərəflər razılaşarsa, müqavilə müddətini 1 illik artırmaq da mümkündür.

Misli Premyer Liqasında sentyabrın TOP-5 qolu - VİDEO

Estoniya yığmasının millimizlə oyun üçün heyəti müəyyənləşib

"Qarabağ" - "Malmö" matçına 18000 bilet satılıb

"İlqar Nadiri ümumiyyətlə kimdir?" - VİDEO

"Hakim penaltini verməyə də bilərdi" - Açıqlama

Seçilən
5
apasport.az

1Mənbələr