AZ

"Tez zamanda yüksək gəlir gətirən işlər heç yerdə yoxdur"

Son günlərdə bir-birinin ardınca bir neçə maliyyə piramidası ifşa olunub.

 

Modern.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, vətəndaşlarımız aldanmağa meyillidir:

 

“Baxırlar ki, sürətlə pul qazanmaq vəd edilir, bu tələyə düşürlər. Bunun qurbanı olmamaq üçün insanlar investisiya qoyan zaman bu cür praktikaları öyrənməli, çəkinməlidirlər. İnsanlar başa düşməlidir ki, rahat, yüksək gəlirli biznes sahəsi yoxdur. Bu yalnız narkotik satışı ola bilər ki, o da qanunla qadağandır. Maliyyə piramidalarında mövcud olan biznes ideyaları qanunsuz olmur. Amma real da olmur. Vətəndaşların çoxu da bu riski alaraq gedirlər”.

 

X.Kərimli bildirib ki, çoxları bunun yalan olduğunu başa düşür:

 

“Sadəcə düşünürlər ki, tez yatırım edib tez də ayrılacaqlar. Amma su səhəngi suda sınar, bu qərarı əvvəldən verəndə düşünməlidirlər. Yadda saxlamaq lazımdır ki, bu cür yüksək gəlirli işlər heç yerdə olmadığı kimi Azərbaycanda da yoxdur. Bu cür məsələlər risklidir, fırıldağa əsaslanır. Bu kimi ideyalar qanunsuz olmadığına görə, hüquq-mühafizə orqanları şikayət olmadıqca müdaxilə edə bilmirlər. Şikayət də adətən sonda olur. Prosesdə real biznes tranzaksiyaları yoxdur. Prosesdə iştirak edənlər pul qoyanların vəsaiti ilə prosesi həyata keçirir. Burada məqsəd yeni iştirakçılar cəlb etməkdir. Yenilərdən gələn pullar əvvəlki iştirakçılara ödənən qazanca yetməyəndə sistemin qurucuları qaçırlar".

Seçilən
1
modern.az

1Mənbələr