AZ

Moldova rusiyalı jurnalistlərin prezident seçkilərində iştirakından imtina edib

Moldova Xarici İşlər Nazirliyi RİA “Novosti”nin ölkədə keçirilən prezident seçkiləri üçün akkreditasiyasından imtina edib. 

Qaziler.az xəbər verir ki, bu barədə RİA “Novosti”nin dərc etdiyi Moldova diplomatlarının cavabında məlumat verilib.

“Sizə bildirmək istərdik ki, milli qanunvericiliyin müddəalarını nəzərə alaraq, Moldova Respublikasında xarici jurnalistlərin akkreditasiyası qaydalarının tələblərinə cavab vermədiyi üçün sorğunuz rədd edilir”, - deyə cavabda bildirilib.

Bununla belə, sənəddə Rusiya KİV-lərinin Moldova ərazisində fəaliyyətini qadağan edən konkret maddələrə, qanunlara və ya Moldova qanunvericiliyinin fərmanlarına istinadlar yoxdur.

QAZİLER.AZ

Seçilən
9
qaziler.az

1Mənbələr