AZ

“TAP” konsorsiumu İtaliyaya qaz tədarükünün ümumi həcmini açıqlayıb

Bakı. Trend:

Transadriatik Boru Kəməri (TAP) vasitəsilə dekabrın 31-dən bugünə qədər İtaliyaya ümumilikdə 33 milyard kubmetr qaz nəqledilib.

Bu barədə Trend “TAP AG”konsorsiumuna istinadən xəbər verir.

Konsorsiumun məlumatına əsasən, təkcə 2024-cü ilin 3 rübündəİtaliya TAP vasitəsilə 2,2 milyard kubmetr qaz idxal edib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAPvasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan vəBolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəqlolunur.

31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizivasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfəöz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyadatəbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışlaAzərbaycan öz ixrac imkanlarını şaxələndirib.

X: @Lyaman_Zeyn

Seçilən
9
az.trend.az

1Mənbələr