AZ

Salyanda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu - FOTOLAR

Salyan rayonunda 01 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub.

Modern.az xəbər verir ki, tədbir iştirakçıları öncə Salyan Rayon İcra Hakimiyyətinin inzibati binası önündə ucaldılmış Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edərək abidə önünə gül dəstələri düzüblər.

Salyan Rayon Prokurorluğunun inzibati binasında davam edən tədbirdə çıxış edən RİH başçısı Rüstəm Xəlilov Azərbaycan Prokurorluğunun yaradılmasının 106 illiyini və peşə bayramlarını qalib ölkənin vətəndaşları kimi Zəfər əhvali-ruhiyyəsi ilə qeyd edən prokurorluq işçilərini əlamətdar gün münasibətilə təbrik etmiş, bu gün Müzəffər Ali Baş Komandan Prezident  cənab İlham Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarında həyata keçirilən uğurlu islahatlardan, prokurorluq işçilərinin fədakar əməyindən söhbət açıb.

 

RİH başçısı qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı kəsərli mübarizə aparılması və vətəndaşların hüquqlarının etibarlı müdafiəsi işində prokurorluq əməkdaşlarına yeni-yeni uğurlar arzulayıb.

 

Daha sonra çıxış edən Salyan Rayon Prokuroru Rəşad Mansurov prokurorluq orqanlarının keçdiyi şərəfli tarixdən, prokurorluğa göstərilən dövlət qayğısından bəhs edərək prokurorluq orqanlarının dövlət orqanları sistemindəki rolunu diqqətə çatdırıb.

 

Tədbir zamanı prokurorluq əməkdaşları bundan sonra da dövlətçiliyimizin, suverenliyimizin qorunması, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində yüksək məsuliyyət hissi ilə çalışacaqlarını bildiriblər.

 

Tədbirin sonunda səmərəli fəaliyyətinə görə Salyan rayon prokurorluğunun bir qrup əməkdaşı Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən Fəxri Fərmanlarla təltif olunub.

Seçilən
4
1
modern.az

2Mənbələr