AZ

İsrail arxa cəbhədəki əhali üçün təlimatları sərtləşdirdi

İsrailin hərbi rəhbərliyi arxa cəbhədə ölkə əhalisi üçün təlimatları sərtləşdirib.

Qaziler.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin “Telegram” kanalında məlumat verilib.

Ölkənin Hayfa şəhərindən cənubda yerləşən bir sıra ərazilərində davranış qaydaları dəyişdirilib. Söhbət Təl-Əviv və Qüds yaşayış məntəqələrinə qədər olan ərazidən gedir.

Bəyanatda əsas yeniliklər arasında kütləvi toplantıların keçirilməsinə qadağa qoyulması da vurğulanır. İndi bu cür tədbirlər yalnız açıq ərazilərdə  30 nəfərdən, qapalı ərazilərdə isə 300 nəfərdən çox olmamaqla keçirilə bilər.

“Həyəcan zamanı sığınacaqlara tez çatmağın mümkün olacağı yerlərdə maarifləndirmə tədbirləri həyata keçirilə bilər. İş yerləri mühafizə olunan sığınacaqların yaxınlığında yerləşən binalarda və digər binalarda yerləşdirilə bilər”, - deyə SAXAL-ın mətbuat xidməti əlavə edib.

QAZİLER.AZ

Seçilən
5
qaziler.az

1Mənbələr