AZ

"Ruslar Uqledarın mərkəzin çatıblar" - Ukrayna rəsmisi Donetskdəki vəziyyətdən danışıb

"Rus işğalçıları Donetsk vilayətinin Uqledar şəhərinin demək olar ki, mərkəzinə çatıblar".

"AzPolitika" xəbər verir ki, bunu  Donetsk vilayətinin hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin deyib.

O, qeyd edib ki, Uqledarda 107 mülki şəxs qalıb, bütün uşaqlar çoxdan şəhərdən təxliyə olunub. 

Filaşin əlavə edib ki, humanitar yardım, içməli su və dərman almaq üçün orada olan insanlara çatmaq çətindir:"Toretskdə çətin humanitar vəziyyət yaranıb, burada yaım min dinc sakin qalıb. Düşmən şəhərə gedən bütün yolları atəşə tutduğundan humanitar yardım almaq çətindir.  Pokrovskdan insanların təxliyəsi davam edir. Hazırda şəhərdə 14 min insan və 105 uşaq qalıb".

Rəsmi həmçinin qeyd edib ki, Çasov Yar şəhərində 441 nəfər qalıb:"Vəziyyət kifayət qədər mürəkkəb və təhlükəlidir. İnsanlar şəhəri tərk etmək istəmirlər. Düşmən Donetsk vilayətini dayanmandan atəşə tutur. Bu bölgədə qalmaq təhlükəlidir. Ona görə də məcburi təxliyə işləri davam edir.

"AzPolitika.info"

Seçilən
12
azpolitika.info

1Mənbələr