AZ

"Auto Azərbaycan"ın işi məhkəmədə - İdxal qaydalarını pozub

"Auto Azərbaycan" MMC idxal qaydalarını pozduğuna görə məhkəməyə verilib.

Valyuta.az xəbər verir ki, şirkət gömrük qaydaları əleyhinə olan inzibati xəta törədib. Belə ki, şirkət İXM-nin 485.2 maddəsini pozaraq qısa idxal bəyannaməsini mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada təqdim etməyib. Sözügedən maddəyə əsasən şirkət 1 500 manat, onun vəzifəli şəxsi isə 1 000 manat cərimə edilə bilər.  

Qeyd edək ki, inzibati xəta ilə bağlı iş Bakı şəhəri Nərimanov rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə oktyabrın 8-də davam etdiriləcək.

Xatırladaq ki, “Auto Azərbaycan” şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Başda avtomobil olmaqla, pərakəndə və maliyyə sahələrində də fəaliyyət göstərən “NAB Holding”ə daxildir. “Hyundai” avtomobillərinin Azərbaycanda rəsmi təmsilçisidir.

Pünhan

Seçilən
16
valyuta.az

1Mənbələr