AZ

IFC Azərbaycanda fəaliyyətini genişləndirmək istəyir

Bakı. Trend:

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanda fəaliyyətinigenişləndirmək istəyir.

Trend xəbər verir ki, bubarədə IFC-nin investisiya üzrə mütəxəssisi Emil Məmmədli Bakıİqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi çərçivəsindəkeçirilən beynəlxalq konfransda bildirib.

“IFC Azərbaycanın müstəqillik qazandığı andan etibarən onadəstək göstərib, TANAP kimi əsas layihələrin həyata keçirilməsinivə regional əlaqələrin inkişafı təşəbbüslərini dəstəkləyib. Bundanəlavə, biz yerli kiçik və orta müəssisələrə 50 milyon ABŞ dollarınaqədər kreditlər verərək kömək etdik. Xüsusilə aqrobiznes sahəsindəfermerlərin maliyyələşdirməyə çıxışını təmin etmək üçün hökumət iləbirgə aqro-sığorta proqramının tətbiqində dəstək verdik”, - o qeydedib.

E.Məmmədli əlavə edib ki, IFC Azərbaycanda fəaliyyətinigenişləndirmək niyyətindədir və hazırkı tədbir bu məsələlərimüzakirə etmək üçün mükəmməl bir platformadır.

Qeyd edək ki, Fəaliyyət Həftəsi 2024-cü ilin 30 sentyabr - 4oktyabr tarixlərində, Bakıda ilk dəfə keçirilir.

Bu tədbir, noyabr ayında Bakıda baş tutacaq COP29-un iqlimgündəliyinin əsasını qoyacaq.

İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi siyasət,maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət, cəmiyyətvə KİV kimi bir sıra sahələrdən əsas maraqlı tərəfləri bir arayatoplayacaq.

Tədbirin əsas mövzuları "enerji keçidi", "şəhərlər vəurbanizasiya mühiti", "su təhlükəsizliyi", "qida və kəndtəsərrüfatı", "kiçik və orta müəssisələrin bisznesi" və "yaşılbacarıqlar" olacaq.

Həftənin birinci yarısı (30 sentyabr - 2 oktyabr) dövlətqurumları, akademik mühit və özəl sektorun iştirak etdiyi iqlimhəllərinə həsr olunacaq. İkinci yarıda (3-4 oktyabr) isə elm,təhsil, incəsənət, mədəniyyət və digər sahələrə fokuslanılacaq.

Seçilən
7
az.trend.az

1Mənbələr