AZ

Sosial media istifadəçiləri arasında 18-24 yaş aralığı üstünlük təşkil edir

Sosial media istifadəçiləri arasında hansı yaş aralığı üstünlük təşkil edir?

"Operativ Media" mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəznə sorğu ünvanlayıb. STM-dən sorğuya cavab olaraq bildirilib ki, sosial media istifadəçiləri arasında 18-24 yaş aralığında olan respondentlər üstünlük təşkil edir:

Sosial media istifadəçiləri arasında 18-24 yaş aralığında olan respondentlər üstünlük təşkil edir. Məsələn, “İnstagram” istifadəçilərinin 73,9 %-i, “Youtube” istifadəçilərinin 52,2%-i, “TikTok” istifadəçilərinin 43,5%-i bu yaş kateqoriyasından olanlardır. Həmçinin, müvafiq olaraq 25-34 yaş kateqoriyasından olan respondentlər də sosial medialardan daha fəal istifadə edirlər.

42,50% respondent 1 saata qədər, 38,90% 1-3 saat, 9,60% 3-5 saat, 8,60% respondent isə 5 saatdan çox vaxt sosial mediada keçirdiklərini bildiriblər.

Sosial şəbəkələrdə 1 saata qədər vaxt keçirdiyini söyləyən respondentlər arasında qadınlar üstünlük təşkil edib(49,7% qadın, 34,6% kişi). Sosial mediada 5 saatdan çox vaxt keçirənlər arasında isə kişilər daha çox olub(10,5% kişi, 6,8% qadın).

Sosial şəbəkələrdə 1 saata qədər vaxt keçirdiyini söyləyən respondentlər arasında 65 yaş üstü vətəndaşlarımızı üstünlük təşkil edir(60%), 5 saatdan çox vaxt keçirənlər arasında isə 18-24 yaş kateqoriyasından olan respondentlər üstünlük təşkil edib(19%). Sorğu nəticəsində məlum oldu ki, bir çox sosial şəbəkələrdə daha çox 1-3 saat vaxt keçirilir.

Seçilən
8
operativmedia.az

1Mənbələr