AZ

NATO-nun yeni baş katibi kimdir?

Mark Rutte rəsmi olaraq NATO-nun baş katibi vəzifəsini Yens Stoltenberqdən təhvil alıb.

"Cebheinfo.az" xəbər verir ki, NATO-nun Brüsseldəki mənzil-qərargahında Baş katibliyin Stoltenberqdən Rutteyə verilməsi ilə bağlı rəsmi mərasim keçirilib.

Mərasimdə çıxış edən Rutte bu vəzifəni ona həvalə edən bütün müttəfiqlərinə təşəkkür edib.

Stoltenberqə müraciət edən Rutte onun nümunəvi bir baş katib olduğunu deyib:

"Bu gün NATO daha böyük, daha güclüdür. Bu, böyük ölçüdə sizin liderliyiniz sayəsindədir. Bir tərəfdən, varisiniz üçün standartları yüksəltdini, amma digər tərəfdən, siz mənə möhkəm bir ittifaqı miras almağa imkan verdiniz”.

 Rutte deyib ki, onun prioritetləri NATO-nu güclü saxlamaq, kollektiv müdafiənin bütün təhdidlərə qarşı effektiv qalmasını təmin etmək, müdafiəyə daha çox vəsait xərcləmək, sərmayə qoymaq, Ukraynaya dəstəyi artırmaq, onu NATO-ya yaxınlaşdırmaq və üzvlük üçün çalışmaqdır.

Avropa İttifaqında (Aİ) məqsədinin Asiya-Sakit okean, xüsusilə Aİ kimi regionlarda eyni dəyərləri paylaşan tərəfdaşlarla əməkdaşlığı inkişaf etdirmək olduğunu bildirib.

Seçilən
9
1
cebheinfo.az

10Mənbələr