AZ

"Bayden də,Tramp da Ukraynaya Rusiyanın dərinliyinə zərbələr endirməyə icazə verəcək"  - Kurt Volker

 
"Əvvəcə müharibəni bitirmək, sonra sülhü möhkəmləndirmək və Ukraynanı NATO-ya qəbul etmək lazımdır..."
 
ABŞ prezidenti Co Bayden administrasiyası seçkilərdən öncə və ya sonra Ukraynanın Rusiya ərazisinə zərbələrə məhdudiyyətləri zəiflədə bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın Ukrayna məsələləri üzrə sabiq xüsusi nümayəndəsi Kurt Volker "dw.com" nəşrinə müsahibəsində bəyan edib.
 
"Güman edirəm ki, seçkilərdən öncə və ya sonra Bayden administrasiyası bu məhdudiyyətləri, ola bilsin ki, səs-küylü bəyanatlar olmadan götürməyə başlayacaq. Tamamilə mümkündür ki, qərarlar tədricən konkret səbəblərlə əlaqədar olaraq qəbul ediləcək", - o, deyib.
 
Bu zaman Volker istisna etmir ki, Donald Tramp seçkilərdə qalib gələcəyi təqdir bundan da irəliyə gedə bilər.
 
"Əgər Tramp qalib gələrsə, onun daha irəliyə gedəcəyi istisna edilmir. O, ukraynalılara deyəcək: "Budur, bu da sizə lend-liz üzrə yeni saziş. Sizə Amerika silahının alışı üçün nə qədər pul lazımdırsa, borc görtürə bilərsiniz. Döyüşün! Amma bir şərtlə-Putin bu müharibəyə son qoymağa hazır olanda siz də ona son verərsiniz".
 
Bu zaman Tramp Putinə təzyiq edəcək. O, deyəcək: "Biz ukraynalılara lazım olan qədər silah verəcəyik, biz Ukraynanın NATO-ya daxil olmasını təmin edəcəyik. Müharibəyə son qoyun!" - Volker izah edib.
 
Onun fikrincə, ABŞ-ın istənilən adminisrasiyası növbəti bir neçə ildə Ukraynanın NATO ilə yaxınlaşmalı olduğuna istinad edəcək.
 
"Yaxşı olardı ki, istənilən administrasiya bunu müharibənin sona çatmasının ayrılmaz hissəsi kimi nəzərdən keçirsin. Hələ ki, nə demokratlar, nə də respublikaçılar, zənnimcə, buna tam hazır deyil. 
 
Düşünürəm ki, gec və ya tez onlar bu nəticəyə gələcək ki, əvvəlcə müharibəni bitirmək, sonra sülhü möhkəmləndirmək və Ukraynanı NATO-ya qəbul etmək lazımdır. O zaman həm dayanıqlı sülh, həm də Rusiyanı effektiv çəkindirilməsi üçün şərait olacaq", - Volker deyib.
Seçilən
28
1
moderator.az

2Mənbələr