AZ

Məktəblərdə rüşvətə necə son qoyaq? - TƏKLİF

"Valideyn və şagirdlərin müəllimləri təbrik etməsinin qarşısı alınmalıdır. Bunun üçün ilk növbədə valideynləri çəkindirmək lazımdır". 
 
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli 5 oktyabr Müəllimlər günü ilə bağlı hədiyyə kompaniyasının təşkilindən danışarkən deyib. 

Onun sözlərinə görə, müəllim günü ilə bağlı hədiyyə seçimləri və təklifləri valideynlərin yaratdığı "WhatsApp" qruplarında təşkil edilir:
 


"Bu məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi xüsusi tapşırıqlar verib. Bakı Şəhər Təhsil İdarəsi də ayrıca bir çağırış edib. Bu qədər çağırışdan sonra müəllimlərin bu məsələ ilə bağlı həsə umacağını düşünmürəm”. 

Məzahir Məmmədli vurğulayıb ki, valideynlər bu hərəkəti ilə müəllimlərin adını qara siyahıya salırlar:

"Valideynlər durun artıq, siz bununla müəllimlərə problem yaradırsınız”. 

Qeyd edək  ki, 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.  Qurumdan bildirilib ki, valideynlər tərəfindən hər hansı maddi və qeyri - maddi nemətlərin,  qiymətli əşyaların hədiyyə edilməsi, bu  məqsədlə pul yığılması və sair kimi halların baş  verməsi yolverilməzdir. 

Bahar Rüstəmli

Seçilən
8
qaynarinfo.az

1Mənbələr