AZ

“Apple TV” "Yalquzaqlar" filmini yayımlayıb - Fotolar

“Apple

Savaş və komediya janrında lentə alınmış, Hollivudun ulduz aktyorları Corc Kluni ilə Bred Pittin baş rollarda çəkildiyi "Yalquzaqlar" adlı yeni film "Apple TV+" tərəfindən alınaraq, elə bu telekanalda da yayımlanıb.

Reyting.az
xarici KİV-lərə istinadla bildirir ki, aktyorlar yenidən bir araya gəliblər.

Xatırladaq ki, məhşur aktyorlar sonuncu dəfə 2008-ci ildə çəkilmiş "Oxuduqdan sonra yandırmaq" filmində birgə çalışıblar, həm də daha öncə rejissor Stiven Soderberqin "Ouşen trilogiyası"-nda oynayıblar. Pittlə Kluni paralel olaraq həm də Con Uottsun rejissorluğu ilə, ssenari müəllifi olduğu və yenicə ekranlaşdırdığı "Hörümçək adam: Evə yol yoxdur" bədii filminin əsas icraçı prodüserləri kimi fəaliyyət göstərirlər.



"Yalquzaqlar" filmindəki digər rollarda da çox maraqlı aktyorlar çəkilib. Yeni filmdəNyu-Yorkdan gələn və çox yüksək rütbəli məmur kimi görünən Emi Rayan və Ostin Abramsla yanaşı, Purna Caqannatan kimi aktyorlar da iştirak edirlər.

Qeyd edək ki, yeni "Yalquzaqlar" filminin kinoteatrlarda ilk nümayişi sentyabr ayının 19-da olmalı idi, lakin "Apple" şirkətinin bu niyyəti son məqamda təşkilatçıların planlarını pozub və filmi yalnız öz platformasından yayımlayıb.



Oqtay QORÇU
Seçilən
4
reyting.az

1Mənbələr