AZ

Nazirlikdə yeni təyinat

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrar Tədarük Təchizat" ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən vəzifəyə Elgün Məhəmmədəlizadə təyin edilib.

E.Məhəmmədəlizadə təyinatdan əvvəl "Aqrar Tədarük Təchizat ASC-də İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, o, bakalavr və magistr təhsilini BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsində "İqtisadi kibernetika" ixtisası üzrə alıb. Almaniyanın Hamburq şəhərində Menecerlərin təkmilləşdirilməsi proqramını bitirib.

Təchizat zənciri, tədarük sahəsində 15 ildən yuxarı iş təcrübəsinə malikdir.

Seçilən
6
11
musavat.com

10Mənbələr