AZ

BMT-dən İsrailə XƏBƏRDARLIQ

BMT-nin Livandakı sülhməramlı qüvvəsi (UNFIL) bildirib ki, o, israillilərdən Livan ərazisində məhdud quru əməliyyatı keçirmək niyyəti barədə bildiriş alıb və İsrail hərbi rəhbərliyinə sərhədin hər hansı pozulmasının təxribat sayılacağını bildirib.   Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. “İstənilən sərhəd keçidi Livanın suverenliyi və ərazi bütövlüyünün pozulması, habelə BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin (2006-cı ildə İsrail-Livan münaqişəsinə son qoyan) pozulmasıdır”, - açıqlamada qeyd olunub.

Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri Livanın cənubunda Hizbullah hədəflərinə qarşı məhdud quru reydlərinin başladığını elan etmişdi .

Seçilən
6
manset.az

1Mənbələr