AZ

Finlandiya prezidenti Atatürkün məzarını ziyarət etdi

Türkiyədə rəsmi səfərdə olan Finlandiya prezidenti Anıtkabiri ziyarət edib.

"Unikal" xəbər verir ki, Türkiyəyə rəsmi səfərə gələn Finlandiya prezidenti Aleksandr Stubb onu müşayiət edən nümayəndə heyəti ilə Anıtkabiri ziyarət edib.

Stubb Ulu Öndər Mustafa Kamal Atatürkün məqbərəsi önünə əklil qoyaraq xatirə fotosu çəkdirib.

Stubbun daha sonra Anıtkabir Xüsusi Kitabını imzaladığı bildirilib.

Zərifə Nağıyeva 


 

Seçilən
29
unikal.az

1Mənbələr