AZ

Müştərilərə bıçaqlı hücum: 3 nəfər ölüb

Çinin Şanxay şəhərində supermarketə bıçaqlı hücum oub. Nəticədə 3 nəfərin ölüb, 15 nəfərin yaralanıb.

"Cebheinfo.az"-ın  yerli mətbuata istinadən xəbərinə görə, dünən axşam saatlarında Şanxayın Songciang mərkəzi rayonunda bir nəfr supermarketdə müştərilərə bıçaqla hücum edib. 

Hadisə zamanı 18 nəfərin yaralandığı, xəstəxanaya aparılan yaralılardan 3-nün müdaxiləyə baxmayaraq, həyatını itirdiyi bildirilib. 

Şanxay polisinin verdiyi açıqlamaya görə, adı Lin olan 37 yaşlı kişi şübhəli tutulub. O, ilkin dindirilmə zamanı hücumu şəxsi maliyyə mübahisələrinin səbəbindən törətdiyini, qəzəbini çıxarmaq üçün belə davrandığını bildirib. 

Şübhəlinin şəhər xaricindən gəldiyi bildirilsə də, haradan gəldiyi barədə məlumat verilməyib. 

Seçilən
41
cebheinfo.az

1Mənbələr