AZ

Braziliyalı müdafiəçi Top-klubların gündəmində

“Palmeyras”ın müdafiəçisi Vitor Reys Avropaya köçməyə hazırlaşır. Matc.az xəbər verir ki, qitənin 5 Top-klubu 18 yaşlı futbolçunun keçidində maraqlıdı. “Arsenal” və “Real” hətta bir addım irəli gedərək, oyunçunun klubu ilə təmasa keçib. Hələlik rəsmi təklif olmasa da, onlar futbolçunun ətrafı və “Palmeyras” rəhbərliyi ilə əlaqə saxlayıblar. Həmçinin “Barselona”, “Çelsi” və “Liverpul” da gənc oyunçunu istəyir. “Palmeyras”ın yetirməsi olan braziliyalı bu ilin yayında əsas komandada debüt edib. O, həmin vaxtdan bəri 15 oyuna çıxıb, 2 qol vurub. Mərkəz müdafiəçisi bu yay klubu ilə müqaviləsini 2028-ci ilin dekabrına qədər uzadıb. Reysin təzminatı 100 milyon avro təşkil edir.

Seçilən
15
matc.az

1Mənbələr